Gənc türkiyəli futbolçuya Real Madriddən TƏKLİF
"Barselona", "Milan" və "Borussiya Dortmund" un da diqqət mərkəzində olan Arda Gülərin talibləri sırasına daha bir dünya nəhəngi komanda əlavə olunub.
İnformator.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Arda Gülər Real Madridin gündəmindədir. Gənc ulduzu tərifləyən İspaniya mətbuatı 18 yaşlı futbolçu haqqında “Türkiyəli Messi” kimi bənzətmə edib.
"Fənərbağça" ilə 2025-ci ilə qədər müqaviləsi olan Arda Gülərin müqaviləsində 17,5 milyon avroluq çıxış maddəsi var. Müqavilədəki bu sərbəst qalma haqqının olduqca məqbul olduğu da şərh edilib. Komanda rəhbəri Ali Koçun bütün təkliflərə rəğmən, Ardanı bir mövsüm daha komandada saxlamaq üçün böyük səy göstərdiyi bildirilib.
Qeyd edək ki, Arda Gülər ötən mövsüm 35 oyunda 6 qol vurmağı və 7 məhsuldar ötürmə etməyi bacarıb.
Şəbnəm
