00:00:00
Yazar
Admin User
11.10.2023 14:43 362 1 dəq oxuma
Sosial

GƏNCƏ TERRORUNDAN 3 İL ÖTÜR

GƏNCƏ TERRORUNDAN 3 İL ÖTÜR

Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorlardan biri də 11 oktyabr 2020-ci ildə baş vermiş Gəncə terrorudur. Terror aktı zamanı 10 mülki şəxs Şəhid olub, 40-dan çox sakin yaralanıb. Baş vermiş terrorla bağlı politoloq Oqtay Qasımov fikirlərini açıqlayıb.

 


"3 il öncə Ermənistan ordusu növbəti dəfə hərbi cinayətlərə əl atıb Azərbaycanın yaşayış ərazisi olan Gəncə şəhərini və onun əhalisini hədəfə alıb. Gəncəyə atılmış raketlər bir neçə mənzilin dağılmasına və sakinlərin həlak olmasına səbəb olub. Bunun əmrini verən şəxslər artıq aşkarlanıb. Əmri verən Araik Arutyunyan təsbit edilib. Hətta özü bununla bağlı mətbuata açıqlama verib. Cinayəti törətdiyinə görə özü ilə bağlı istintaq işləri aparılır. Həmin şəxslər öz cəzasını çəkəcək".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər