00:00:00
Yazar
Admin User
26.05.2018 13:37 879 2 dəq oxuma
Sosial

Gəncədə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” adlı 5-ci regional konfrans olub

Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir.
Gəncədə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” adlı 5-ci regional konfrans olub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfransı keçirilib.

İnformator.az xəbər verir ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, naliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edib və məruzələrlə çıxış ediblər.

Konfransı giriş sözü ilə açan  Akademik Zərifə əliyeva adına Milli Oftalmologiya mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov oftalmologiya sahəsində baş verən yniliklərdən danışıb. Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru  Yazgül Abdıyeva “Azərbaycan Respublikasının Gəncə – Qazax iqtisadi rayonunda fəaliyyət göstərən oftalmolojı yardım şəbəkəsi”,  Gəncə şəhərinin baş oftalmoloqu Azər Məmmədov “Gəncə şəhərinin oftalmoloji şəbəkəsi” mövzularında məruzə ediblər.

Daha sonra  “Azərbaycanda “neft daşları” yataqlarında çalışan işçilərin görmə orqanının patologiyasının xüsusiyyətləri”, “Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında görmə üzvünün cərrahiyyəsində son innovasion vitreoretinal texnologiyaların tətbiqinin əhəmiyyəti, nəticələri” və s. mövzuları ətrafında məsələlər müzakirələr aparılıb. 

Qeyd edək ki, ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir.  Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı  ən son texnoloji avadanlıqlarla təchiz olunub.  Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Eləcə də mərkəz  pasientlərə regionlarda səyyar xidmət də göstərir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər