00:00:00
Yazar
Admin User
25.09.2023 17:58 286 1 dəq oxuma
Sosial

Gənclər arasında işsizlik

Gənclər arasında işsizlik

Son illərdə gənclər işsizliklə bağlı şikayət edir. Onların arasında təhsilli və təhsilsiz olanlar da var. Bəs səbəb nədir?


İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə başlıca səbəb ölkəmizdə təhsillə əmək bazarı arasında ciddi boşluqların olmasıdır. İqtisadçı əlavə edir ki, təhsillə əmək bazarı bir-birini tamamlamır:

 

"Söhbət daha çox insanın keyfiyyətindən deyil, sistemin yaratdığı problemlərdən gedir. Təhsillə əmək bazarının bir-birini tamamlaması dedikdə yüksək maaş, yüksək iş imkanları nəzərdə tutulur. Çox yüksək təhsil alanlar ölkəni tərk edir. Gənclər çox yüksək maaşlı iş yerləri axtarırlar. Bunun özü də bir problemdir. Gənclərin çoxu özlərini dövlət işində görür. Bunun üçün biznes bizdə çox zəifdir".


Natiq Cəfərli ölkəmizdə çox savadlı və bacarıqlı gənclərin olmasından da söz açdı: "Ölkəmizdə təhsilli, bacarıqlı gənclər də var. Bunu dünyaya səpələnmiş azərbaycanlı gənclər sübut edir. Gənclərimiz tanınmış şirkətlərdə ən yüksək vəzifələrə belə yiyələnə bilirlər".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər