00:00:00
Yazar
Admin User
18.07.2023 18:55 329 1 dəq oxuma
Sosial

Gəncləri intihara sürükləyən kimlərdir? - ŞƏBNƏM FƏRMANLI YAZIR

Gəncləri intihara sürükləyən kimlərdir? - ŞƏBNƏM FƏRMANLI YAZIR

O vaxt bakalavr üçün imtahan verəndə tanıdığım nə qədər abituriyent (qohum, tanış, dost) xaricdə qəbul almasına baxmayaraq burada da ixtisas seçiminə müraciət edib qəbul alırdı. Amma təhsil üçün xarici seçirdi. Sonra hamının yanında həm burada, həm xaricdə universitetə qəbul aldığını fəxrlə deyirdi. Təsəvvür edin, mən gözümün qabağındaki adamların sırf qəbul ala bilmədiyinə görə intihara cəhdini görürdüm, valideyni tərəfindən şiddətə məruz qaldığını eşidirdim, amma paralelində kiminsə sırf eqoistliyinə görə kiminsə haqqına girdiyini də.
Necə mənasız, bəsit bir addımdır. Nəyə lazımdır bu acgözlük və ucuzluq? Hətta artıq bəzi abituriyent valideyinləri belə sosil şəbəkələrdə bunu övladının uğuru kimi paylaşır. Bunu uşaq edəndə haradasa anlayırsan. Amma o uşağa tərbiyə verən valideynin belə düşüncəsizliyini görəndə əlini-ayağını üzürsən hər şeydən.
Bu gün də magistratura ilə bağlı ixtisas seçimin cavabları açıqlanıb. Günlər, hətta həftələr əvvəl xaricə qəbul almış tələbələr burada da ixtisas seçimi edib qəbul alaraq sosial şəbəkədə paylaşırlar. İndi kimsə gəlib desə ki, oxuyub, əziyyət çəkib, bal yığıb yazır bu belə deyil də, dostlar. Bu mənasızlığın bir adı var, o da ucuz addımlarla özgüvən qazanmaq.
Bəziləri belə kiçik uğurlarla əylənəndə, bəziləri də bu bəsit düşüncəyə baxıb əylənir, amma bunların fonunda bəziləri bir küncdə məyus olur, ağlayır.

 

ŞƏBNƏM FƏRMANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər