00:00:00
Yazar
Admin User
19.10.2023 11:03 403 1 dəq oxuma
Sosial

GƏNCLƏRİ RADİOYA HƏVƏSLƏNDİRƏN GÖRÜŞ

GƏNCLƏRİ RADİOYA HƏVƏSLƏNDİRƏN GÖRÜŞ

Radiomenecer Azər Nəzərov Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 2-ci kurs tələbələrinə ustad dərsi keçib.

 

Ölkədə ilk internet radio - “Gənclərin Səsi”nin təsisçisi olan Azər Nəzərov tələbələrlə interaktiv ünsiyyətə üstünlük verib. Beynəlxalq təcrübə ilə yerli təcrübənin sintezi, onlayn radionun yaradılması barədə məlumat verib, yutub platformasında internet radionun yaradılması mərhələsini əyani olaraq göstərib.

 


Görüş praktik məşğələlərlə yadda qalıb. Radio verilişi ssenarisi yazan 3 qrup fərqləndirilib. Radiomenecer Azər Nəzərovun tələbələrə həvəsləndirici təklifi də olub. Belə ki, onlayn radio yaradan və ilin sonuna qədər bu radioda redaksiya qanunlarına əməl etməklə efir verən 3 tələbəyə professional radio mikrafonu, diktafon və lisenziyalı radio proqramı vəd edilib. Azər Nəzərov qeyd edib ki, həvəsi olan hər bir jurnalistin sosial platformalarda müəyyən məsələ üzrə radio verilişi hazırlaması üçün həvəs, aktual mövzu və səlis nitq kifayətdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər