Gənclərin mənzillə təmin olunması üçün sosial ipotekaya verilən şərtlər sadələşdiriləcək
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq mənzil problem daha asan həllini tapacaq. Gənclər və İdman Nazirliyi sosial ipotekaya ayrılan vəsaitin artırılması üçün təklif paketi hazırlayıb.
Bundan əlavə, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənc alimlərin yaşının dəqiq müəyyənləşdirilməsi məsələsi də əksini tapıb. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev 29 yaşına qədər elmi dərəcə alan gənclərin sayının azlığına diqqət çəkib: “Biz Azərbaycan Milli Elmlər Akademiyası ilə gənc alimlərin yaşını müəyyənləşdirmək üçün müraciət edəcəyik. Hesab edirəm ki, bunu dəqiqləşdirməyin vaxtı çatıb. Elm sahəsində çalışan gənclərin sayı bizi qane etmir. Milli Məclisə gənclər siyasəti ilə bağlı qanuna əlavə və dəyişikliyin edilməsi barədə müraciət edəcəyik”.
Konsepsiyaya əsasən işsizliyin səviyyəsinin endirilməsi istiqamətində də görülən işlər intensivləşdiriləcək. Hazırda ölkədə gənclərin işsizliyi 3-4%-dir.
