00:00:00
Yazar
Admin User
29.02.2016 07:39 495 1 dəq oxuma
Sosial

“Gənclərin uğur siması”-uğurla yekunlaşdı

nın yaradılması layihəsinin son təlimi keçirilib.
“Gənclərin uğur siması”-uğurla yekunlaşdı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun təşkilati dəstəyi ilə “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin son təlimi keçirilib.

İnformator.az xəbər verir ki, layihənin sonuncu qonağı müstəqil jurnalist Seymur Kazımov olub. Jurnalist Gürcüstan, Çeçenistan, Dağıstan, Ukrayna və digər ölkələrdə stringerlik edib.Təcrübəsini gənclərlə bölüşüb. Jurnalist müharibə zonasında özünü necə aparmalı, çətin vəziyyətdən necə xilas olmağın yollarını, həmçinin müsahibə almaq texnikasını gənclərə izah edib. İqtisadi mövzudan da danışan Seymur Kazımov gənclərə iqtisadi mövzuların hələ də yetərincə izah olunmadığını vurğulayıb.

Tələbələr,televiziyada xəbərləri necə hazırlamaq olar, lazım olan sözləri seçməyin texnikası haqqında da məlumatlandırılıb. Sonda “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin təlimçisi, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova tələbələrin 10 təlimi uğurla başa vurduqları üçün onları mükafatlandırıb.Təlimlərdə aktiv iştirak edən gənclərə sertifikat təqdim olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər