00:00:00
Yazar
Admin User
18.05.2023 09:36 657 1 dəq oxuma
Media

Google milyonlarla hesabı siləcək

Google milyonlarla hesabı siləcək

Google 2021-ci ildən bəri istifadə olunmadığı aşkar edilən milyonlarla hesabı siləcək böyük bir yenilənməni elan edib.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, yeni siyasət fırıldaqçılıq və hesab oğurluğuna qarşı tədbirlər görmək məqsədi daşıyır. Ləğvetmə ən azı iki il ərzində istifadə olunmayan və ya daxil olunmayan Gmail, Drive və Photos hesablarını əhatə edəcək.

 

Yeniləməni elan edən blog yazısında Google bildirib ki, yeni siyasət ilk növbədə təhlükəsizlik məqsədləri üçündür. Çünki köhnə hesablar tez-tez spam, fişinq fırıldaqları və hakerlik kimi təhdidlərə qarşı daha həssas olur.

 

Texnologiya nəhəngi yeniləmənin bu həftədən etibarən qüvvəyə minəcəyini, lakin 2023-cü ilin dekabrına qədər heç bir hesabın silinməyəcəyini qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər