Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb
Goranboyda film kimi hadisə baş tutub. Naməlum şəxslər evə daxil olaraq əvvəlcə ev sahiblərinə xəsarət yetiriblər, daha sonra oğurluq edərək ərazidən uzaqlaşıblar. Hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.
Zərərçəkənin bacısı - Həqiqət Verdiyevanın Arb xəbərə verdiyi açıqlamaya əsasən, naməlum şəxslər 72 yaşlı Səməd Verdiyevə məxsus mənzilə mətbəxin pəncərəsindən daxil olublar.
Daha sonra ər və arvada hücum edərək onlardan pulların, qızılların yerini tələb ediblər.
Qəsəbə sakin - Yaşar Hüseynov isə deyir ki, Qızılhacılı qəsəbə sakinləri xəbəri səhər saatlarında eşidiblər.
Qəsəbə sakini - Nazim Eminov qeyd edib ki, onlar qəsəbədə belə bir hadisəninin ilk dəfədir baş verdiyinin şahidi olurlar.
Sakinlərin sözlərinə görə, xəsarət alan 72 yaşlı Səməd Verdiyev və həyat yoldaşı, 71 yaşlı Sədaqət Verdiyeva təqaüdçüdürlər. Hazırda faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lamiyə
