00:00:00
Yazar
Zəri Bayramlı
05.10.2026 22:29 24 1 dəq oxuma
Sosial

Göz damcılarından nəzarətsiz istifadənin fəsadları - AÇIQLAMA

Göz damcılarından nəzarətsiz istifadənin fəsadları - AÇIQLAMA

Həkim resepti və ya mütəxəssis nəzarəti olmadan, apteklərdən və ya optikalardan özbaşına alınıb istifadə edilən göz damcıları görmə qabiliyyətinin tamamilə itirilməsinə (korluğa) qədər gətirib çıxaran ciddi fəsadlar yarada bilər. Xalq arasında "adi bir damcıdır" deyilib keçilən bu preparatlar, yanlış istifadə edildikdə gözün daxili strukturuna geri dönüşü olmayan zərərlər vurur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən səhiyyə eksperti Rasif Bağırovun sözlərinə görə, bütün dərman preparatlarının qəbulu həkim nəzarəti altında həyata keçirilməlidir:

 

 

“Bütün dərmanlar kimyəvi maddələrdir. Kimyəvi maddələrin orqanizmə daxil olması isə ciddi nəzarətdə saxlanılmalıdır. Əks halda, orqanizmə daxil olan maddələr müxtəlif neqativ reaksiyalar törədərək xəstələrdə ağır fəsadlara yol aça bilər. Bəzən bu fəsadlar gözün korluğuna səbəb olur. Hətta ən yüngül fəsad belə gözün selikli qişasında (konyunktiva), eləcə də daxili və torlu qişalarında dəyişikliklər yaradaraq böyük təhlükə mənbəyinə çevrilə bilər”.

 

Ekspert bildirib ki, göz damcılarının tərkibində hormonal maddələrlə yanaşı, müxtəlif üzvi və qeyri-üzvi birləşmələr də var:

 

“Bu maddələrdən nəzarətsiz istifadə olunduqda gözün çox incə olan selikli qişasında müxtəlif xəstəliklərin yaranmasına və gözdaxili təzyiqin artmasına səbəb ola bilər”.

 

Şəbnəm Pənahova

#istifadənin #yeni #nəzarətsiz #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər