Gözəllik qurbanı olmamaq üçün müştərilər nələrə diqqət etməlidirlər?
Estetik və kosmetoloji xidmətlərə tələbat artdıqca, bu məkanlarda gigiyena və təhlükəsizlik qaydalarına əməl olunması da ön plana keçir qazanır. Bəs müştərilər istifadə olunan alət və materialların sterilliyinə necə nəzarət edə bilər?
Mövzu ilə bağlı Dr.kosmetoloq Sahilə “İnformator.az”a açıqlamasında bildirib ki, kosmetoloji prosedurlar zamanı bütün istifadə olunan məhsullar bir dəfəlik olur və yaxud dolğular bir qramlıq şprislərdə steril vəziyyətdə qablaşdırılan şəkildə gətirilir:
“Botoksda isə durulaşdırıldıqdan sonra flakonlarda saxlanılır və yenə də orada istifadə olunan şprislər birdəfəlik açılır, vurulur və soyuducunun küncündə steril şəkildə saxlanılır. Kosmetologiyada daimi müştərinin güdəcəyi bir ehtiyac duymuram. Çistka olunan zaman müştəri özü buna nəzarət etməlidir. Çistka alətləri hər biri avtoklavda təmizlənib, qablaşdırılmış şəkildə müştərinin gözü önündə açılmalıdır. Dolabdan gətirilən alətdən istifadəyə yol verilməməlidir. Məsələn, saç boyamağa gedəndə yaxşı olar ki, müştərilər özləri ilə qabı və fırçanı aparsınlar. Çünki bir insanda olan yaradan bir digər insana fırça vasitəsi ilə çox asanlıqla virus, xəstəlik və yaxud geri dönüşü olmayan bakterial infeksiya xəstəlikləri yoluxa bilər.Gözəllik sahəsində də müştəri ona lazım olan ləvazimatları apara bilər.Bu sahədə özlərini çox asanlıqla qoruya bilərlər. Çünki bu bir növ həkimlərin də,kosmetoloqların da, stomatoloqların da, eləcə də saç ustalarının, dırnaq ustalarının insafına qalır”.
Əsmər Məmmədzadə