Əgər Makron zəng etsə, Putin telefonu götürəcək və...
Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün qeyri-müəyyən planları təəsüfləndirici diplomatiyadır. Lakin Rusiya lideri həmişə əsaslı müzakirələrə açıqdır və ciddi təkliflərə müvafiq cavab veriləcək.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, Fransa prezidenti əvvəllər Vladimir Putinə nə vaxtsa zəng etmək planlarını açıqlamışdı:
“Bu, ciddi deyil və təəssüfləndirici diplomatiyadır. Əgər sən zəng etmək və ciddi bir şeyi müzakirə etmək istəyirsənsə, zəng et. Rusiya prezidenti həmişə telefonu götürəcək, istənilən təklifi dinləyəcək və əgər söhbət ciddi təkliflərdən gedərsə, sizi əmin edə bilərəm ki, onlar ciddi, konkret və praktik cavab alacaqlar”.
