00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
28.09.2026 23:47 42 1 dəq oxuma
Sosial

Güclü sakitləşdiricilər əldən ələ-Bu satışları həyata keçirən apteklər cərimələnə bilər

Güclü sakitləşdiricilər əldən ələ-Bu satışları həyata keçirən apteklər cərimələnə bilər

Güclü sakitləşdirici dərmanlar resept tələb etdiyi halda bəzi apteklərdə reseptsiz satılması narahatlıq doğurur. Həkim nəzarəti olmadan istifadə edilən bu preparatlar insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bəs reseptsiz satışın hüquqi nəticələri nələrdir? Bu  dərmanları alan vətəndaşlar hansı təhlükələrlə üzləşə bilərlər?


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericiliyə əsasən, reseptlə satılmalı dərmanların reseptsiz buraxılması qaydaların pozulması hesab olunur və belə hallarda apteklər məsuliyyətə cəlb edilə bilər:

 

"Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun tələbinə görə, mütləq qaydada resept əsasında və ya reseptsiz də satışı müəyyən olunan dərmanları Azərbaycan Respublikası müəyyənləşdirilir və bununla bağlı qanunvericilikdə konkret göstərişlər var. Bu qaydaları pozan apteklər, tibb müəssisələri aparılan yoxlama nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinə görə cərimə olunurlar. Cərimənin məbləği inzibati pozuntunun həcminə və təkrarılığına görə müəyyən oluna bilir”.


 Hüquqşünas bildirib ki, səhvən güclü sakitləşdirici dərman hansısa  şəxsə  satılıbsa və bu onun  səhhətində problem yaradıbsa, vətəndaş asanlıqla  aptekə və ya tibb müəssisəsinə qarşı şikayət edə bilər.Onların təqsirləri müəyyən olunduqdan sonra mülki qaydada da məhkəməyə müraciət etməklə itirdikləri və onlara vurulan maddi və mənəvi zərəri məhkəmə qaydasında tələb edə bilərlər.


Ayan Məmmədzadə

#xəbər #güclü #azərbaycan #əldən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər