00:00:00
Yazar
Güllər Gülhüseynova
13.07.2026 19:07 25 2 dəq oxuma
İdman

Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlanıb

Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlanıb

Bakıda keçiriləcək U-17 dünya çempionatı öncəsi Azərbaycanın güləş üzrə milli komandalarının ilkin heyəti açıqlanıb. Ev sahibliyi edəcək yığmaların hazırlıq prosesi və hədəfləri idman ictimaiyyətinin diqqət mərkəzindədir.


"U-17-nin Bakıda keçirilməsi bizim idmançılarımız üçün üstünlük sayıla bilər. Ona görə ki, səfər yorğunluğu olmayacaq, yəni, yarışa tam güclə çıxmaq mümkündür. Bundan əlavə doğma meydan və azarkeşlər bizim üçün müsbət amildir". 
 

Bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bunu bir məsəl ilə ifadə etsəm: "Doğma divarlar da köməkdir insana":


"Öz valideynlərinin və məşqçilərinin gözü qarşısında uğur qazanmağa çalışmaq da, onlara motivasiya verəcək. Ancaq bunun bir mənfi tərəfi də olur. Həddindən artıq istək, məsuliyyət hissi idmançıları stressə sala bilər. Ümid edək ki, bu məsuliyyətin öhdəsindən yaxşı mənada gələ bilsinlər. Bunun üçün məşqçilər də tam dəstəkdirlər və maksimum dərəcədə onları bu yarışa hazırlaşdırır. Hər kəs öz məsuliyyətinin fərqindədir, federasiya əməkdaşlarından tutmuş, idmançı və məşqçilərə qədər. Yarışa hazırlığa gəldikdə isə, Yunan-Roma güləşi üzrə millimiz hazırlıqlarını Bakıda davam etdirir".

 

Müsahibimizin sözlərinə görə, sərbəst güləş üzrə millimiz hazırda Göygöldə təlim-məşq toplanışı keçir.Onlar da hazırlığı başa vurub, qayıdıb, son təlim-məşq toplanışını Bakıda keçirəcəklər:


"Qadınlardan ibarət komandamız isə bu gündən etibarən təlim-məşq toplanışına Mərdəkanda başlayıb. Yarışa qədər onlar da, hazırlıqlarını keçəcəklər. 27-29 iyulda Yunan-Roma, 29-31 iyulda Qadın güləşi,31 iyul-2 avqustda isə sərbəst güləş üzrə mübarizələr baş tutacaq. Azərbaycan millisindən gözləntilər hər zaman olduğu kimi uğurlu nəticədir. Güləşdə indiyə qədər qazanılmış nəticələr buna zəmin yaradır. Xüsusən də yarış evdə keçirilirsə, bütün idman ictimaiyyətinin gözləntilərini artırır. Bu Dünya Çempionatıdır, təbii ki, asan olmayacaq. Gündən-günə güləşdə rəqabət güclənir. Sərbəst güləşdə ABŞ, Rusiya, İran, Yaponiya, Hindistan, bəzi orta Asiya ölkələri çempionluğa favoritləri olan ölkələrdir və bizim rəqiblərimizdir. Yunan- Roma güləşində də eyni adları saymaq olar. Qadın  güləşində isə, Rusiya, Ukraniya, ABŞ, Yaponiya, Manqolustan, Çin, Qazaxıstan, Qırğızıstan əsas rəqiblərdəndir. Biz də əlimizdən gələni edəcəyik. Həm təşkilatçılıq baxımından, həm də nəticə baxımından ən yaxşı, rekordlarla yadda qalan yarış olsun".


Zəhra Möhübbətova

#İdman #U-17 #Bakı #Göygöl
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər