Gündəmlərində yalnız kreslo davası var
Prezident Rəcəb Tayyib Ərdoğan CHP-ni belə sözlərlə tənqid edib: “Gündəmlərində yalnız kreslo davası, təhqir və nümayişlər var, dünən qəhrəman elan etdiklərinə bu gün xain damğası vurmaq var". Ərdoğan Ankarada qatıldığı açılış mərasimində baş verənlərlə bağlı fikir bildirib: “ana müxalifət partiyasının daxili işidir, bizi maraqlandırmır. Türk siyasətinə yaraşdırmadığımız bütün mübahisələri təhlükəsiz məsafədən izləməklə kifayətlənirik". Prezident əlavə edib: “Şəxsimizə, hökumətimizə, partiyamıza və ittifaqımıza qarşı çirkin ifadələrə baxmayaraq, soyuqqanlı mövqeyimizi böyük diqqətlə davam etdiririk.” Ərdoğan sonda bildirib: “Əlindən pambıq şəkəri alınmış kimi aqressivləşən karikatura tipli şəxslərin nəzakət sərhədlərini aşan sataşmalarını ciddi qəbul etmirik".
BBC NEWS
Səmayə Səftərova