00:00:00
Yazar
Banuçiçək Məmmədova
18.06.2026 20:40 30 1 dəq oxuma
Dünya

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi...

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi...

“Georgian Water and Power” şirkəti güclü yağışlar və daşqın ehtimalı ilə əlaqədar əhaliyə müraciət edib.

 

"İnformator.az" xəbər verir ki, əsasən Mtsxeta-Mtianeti bölgəsinin əhalisinə ünvanlanan müraciətdə deyilir:

 

"Güclü yağışlar nəticəsində Jinvali su anbarında suyun həcmi artıb. İyunun 18-dən etibarən Aragvi çayının yatağında su axınının artması gözlənilir. Xahiş edirik, bu dövrdə Aragvi çayının yatağı boyunca hərəkət edərkən xüsusi diqqətli olun".

Məlumat üçün qeyd edək ki, 2015-ci ildən bəri Gürcüstanda yağan güclü yağışlar nəticəsində bir neçə dəfə daşqınlar və torpaq sürüşməsi baş verib. Təbii fəlakətlər onlarla insanın həyatına son qoyub, infrastruktuta ciddi ziyan vurub.

#əhaliyə #təhlükəsi... #daşqın #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər