00:00:00
Yazar
Lalə Qafarova
03.04.2026 19:27 55 2 dəq oxuma
Media

"Hər arzu reallaşmır" - Tokelin gənclərə səmimi etirafı

"Hər arzu reallaşmır" - Tokelin gənclərə səmimi etirafı

Teleradio Akademiyasında Bayraq Radio Televiziya Qurumu İdarə Heyətinin sədri Özdemir Tokel müdavimlərlə görüş keçirdi. 

"İnformator.az" xəbər verir ki, görüş zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı. 

O, çıxışında Azərbaycan ilə Şimali Kipr arasındakı dostluq münasibətlərinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, Türk Dövlətləri Təşkilatının mühüm bir hissəsinin tamamlanması bu əlaqələri daha da gücləndirib. Artıq qurumlar arasında əməkdaşlıq genişlənir və bu baxımdan Bayraq Radio Televiziya Qurumu ilə Azərbaycan Televiziyası arasında əməkdaşlığın inkişaf etdirilməsi zəruri hesab olunur.
Tokel həmçinin müasir medianın sürətlə dəyişdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, kommunikasiya vasitələri yenilənir, informasiya mühiti transformasiyaya uğrayır və cəmiyyət artıq daha çox “algılar dünyası”nda yaşayır. Bu səbəbdən düzgün informasiya siyasətinin qurulması və milli hekayələrin peşəkar şəkildə təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir.
O, jurnalistika və televiziya sahəsində təhsilin vacibliyini də vurğuladı. Bildirdi ki, sosial medianın və süni intellekt alətlərinin yayılması öyrənmə prosesini əvəz etmir. Peşəkar olmaq üçün mütləq şəkildə oxumaq, araşdırmaq və bilikləri inkişaf etdirmək lazımdır. Hazır biliklərə güvənərək keyfiyyətli media məhsulu ortaya qoymağın mümkün olmadığını xatırlatdı.

Görüş zamanı müdavimlərin ünvanladığı suallar cavablandırıldı və tədbir interaktiv şəkildə davam etdi.

 

Sonda Tokel gənclərə tövsiyələrini bölüşdü. Üzünü auditoriyaya tutaraq:

 

"Əgər bir işdə yaxşı olmaq istəyirsinizsə, çox çalışın. Burada hazırda hamınız televiziya sahəsində çalışmaq üçün həvəslisiniz. Amma nəzərə alın ki, gələcəkdə həyat hamınızı televiziyaçı və ya jurnalist etməyəcək. Davam edin, amma bunu qəbul edərək.
Hamımız fərqli sahələrdə olmaq istəyə bilərik, lakin hər istədiyimizə nail ola bilmirik. Mən də çox yaxşı futbolçu olmaq istəyirdim. Amma fiziki xüsusiyyətlərim futbola uyğun olmadığı üçün bu mümkün olmadı. Əgər futbolçu olsaydım, böyük ehtimalla uğursuz olardım. Bu gün isə mən jurnalistika sahəsində çalışıram və özümü uğurlu hesab edirəm. Sizə verə biləcəyim həyat dərsi budur".

 

Lalə Qafarova

#teleradioakademiyası #aztv #media
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər