00:00:00
Yazar
Aysel Mirzəyeva
18.02.2026 21:22 19 1 dəq oxuma
İdman Özəl

"Hər iki komanda qələbə əzmi ilə meydana çıxacaq" - ŞƏRH

"Hər iki komanda qələbə əzmi ilə meydana çıxacaq" - ŞƏRH

“Bizim üçün qələbə qazanmaq vacibdir”, - deyə “Nyukasl”ın baş məşqçisi bildirib.


Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Nyukasl” açıq şəkildə üstün komanda hesab olunur:

 

“Bu komanda İngiltərə təmsilçisidir və Azərbaycana qələbə əzmi ilə gəlib. Bunu etiraf etmək lazımdır. “Nyukasl” bu turnirdə maksimum irəliləmək niyyətindədir. Lakin “Qarabağ”da  vəziyyət bir qədər dəyişib. Heyət baxımından müəyyən çatışmazlıqlar var və keyfiyyətli oyunçuların sayı “Nyukasl”la müqayisədə daha azdır. Eyni zamanda, “Qarabağ”Azərbaycan Premyer Liqasında da mübarizə apardığı üçün komanda üçün əlavə yük formalaşır. Ümumilikdə hər iki komanda qələbə əzmi ilə meydana çıxacaq. Oyunun ilk dəqiqələrində daha çox kəşfiyyat xarakterli hücumların şahidi ola bilərik. Bundan əlavə, turnirin maliyyə tərəfi də önəmlidir. Qələbə qazanan komanda əlavə bonuslar əldə edir. Bununla belə, hər iki klub paralel olaraq daxili çempionatdakı mövqeyini də nəzərə alır. Bu səbəbdən meydanda həm sürətli, həm də ehtiyatlı futbol izləyə biləcəyik”.

 

Aytac İbrahimova

#əzmi #çıxacaq" #şərh #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər