00:00:00
Yazar
Ayşən Səlimova
05.03.2026 20:01 21 1 dəq oxuma
Dünya

Hər yerdə yoxlama məntəqələri və çörək növbələri: ABŞ-İsrail hücumları artdıqca İranda qorxu

Hər yerdə yoxlama məntəqələri və çörək növbələri: ABŞ-İsrail hücumları artdıqca İranda qorxu

“Partlayışların sayı, dağıntılar, baş verənlər – inanılmazdır”, – deyir təhlükəsizlik səbəbilə adı dəyişdirilmiş Salar.

 

28 fevraldan etibarən ABŞ və İsrailin hücumları başladıqdan sonra İranın paytaxtı Tehran güclü bombardman altındadır. Bu hücumlarda əsas məqsədin İranın hərbi və siyasi obyektlərini vuraraq İslam rejimini zəiflətmək olduğu bildirilir.

 

Lakin zərbələrin təsiri təkcə hərbi obyektlərlə məhdudlaşmır, digər ərazilər də zərər görür. İran rəsmilərinin məlumatına görə, şənbə günü Minab şəhərində qızlar məktəbinə edilən zərbə nəticəsində uşaqlar da daxil olmaqla 160-dan çox insan həyatını itirib. Ağ Ev isə bildirib ki, ABŞ bu hadisəni araşdırır və mülki şəxslərin hədəf alınmadığını açıqlayıb.

 

BBC NEWS

Cavahir Əsgərbəyli

#yeni #məntəqələri #baki #yerdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər