Hüceyrələr yenilənəcək, xəstəliklər sona çatacaq, ömür uzanacaq: 100 yaşlı gənclər gəlir
Türkiyəli professor Derya Forgetz laboratoriya mühitində hüceyrələri cavanlaşdırmağa müvəffəq olduqlarını açıqlayıb.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, professor bu yolla qocalıq zamanı yaranan xəstəliklərin qarşısını almaq olduğunu və 70 yaşlı insanın orqanlarının 30 yaşlı adam kimi işləyəcəyini qeyd edib.
Yaşlanmağı yavaşlatmaq və cavanlaşmanı mümkün etmək üçün uzun müddətdir çalışdıqlarını ifadə edən Forgetmez buna laboratoriya mühitində nail olduqlarını, lakin insanlara tətbiq etmək üçün bir az daha zamana ehtiyacları olduğunu bildirib: "Bədənimizdəki hüceyrələrin əksəriyyəti daim yenilənir. Lakin bu mexanizm bir müddət sonra yavaşlayır. Hüceyrələri əvvəlki kimi bərpa olunmayan orqanlar da bir müddət sonra funksiyalarını itirir və həyat sona çatır. Amma biz, məsələn, 80 yaşlı bir insanın ürək əzələ hüceyrələrini 30 yaşlı vəziyyətinə qaytara bilərik. Digər tərəfdən, immun, dəri, sümük və hətta beyin hüceyrələrini bərpa edə bilərik. Biz bunu etdikcə, yaşlı insan cavanlaşa və bununla da ömrünü uzada bilər".
Araşdırma ilə orqan səviyyəsində cavanlaşma edildiyini ifadə edən professor 70 yaşlı insanın dərisini, ürəyini, böyrəklərini və ya immun sisteminin vəziyyətini 20-30 il geriyə, yəni 40 yaşına gətirərək həyatına çox əhəmiyyətli illər əlavə edəcəklərini əlavə edib: "Bu araşdırma ilə qocalma nəticəsində yarana biləcək xəstəliklərin qarşısını almaq olar”.
Sayad
