Hakan Fidan: Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesindən məmnunuq
Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur.
"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri də müzakirə ediblər.
"Həyata keçirilən sülh və normallaşma prosesinin regionumuza gətirəcəyi sabitliyin və regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdik. Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnunluq duyuruq".