Hakan Fidan Misirə səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində bölgədəki vəziyyətin müzakirəsi və diplomatik həll yollarının axtarışı məqsədilə yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.