Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə sülh danışıqlarını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani və ABŞ-ın İranla danışıqlarda iştirak edən rəsmiləri ilə telefon danışıqları aparıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı rəsmilər ABŞ və İran arasında aparılan danışıqlarla bağlı fikir mübadiləsi aparıb.
Hakan Fidan, Türkiyənin prosesin ən qısa zamanda yekunlaşmasını və davamlı sülhə nail olunmasını arzuladığını bildirib, ölkəsinin danışıqlara dəstəyini davam etdirəcəyini vurğulayıb.