00:00:00
Yazar
Lalə Qafarova
17.04.2026 22:29 17 2 dəq oxuma
İdman

Hakim ədalətsizliyinə fərqli cavab: ACF beynəlxalq müstəvidə təzyiqləri artırır

Hakim ədalətsizliyinə fərqli cavab: ACF beynəlxalq müstəvidə təzyiqləri artırır

Tbilisidə keçirilən Avropa çempionatının yarımfinal mərhələsində cüdoçumuz Balabəy Ağayevin görüşündə mübahisəli hakim qərarı Azərbaycan idman ictimaiyyətində böyük rezonans doğurub. Azərbaycan Cüdo Federasiyası (ACF) məsələyə sərt reaksiya versə də, nəticənin dəyişdirilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq, analoji halların təkrarlanmaması üçün fərqli strategiya üzərində işləyir.


Mövzu ilə bağlı "İnformator.az"a danışan idman eksperti Kənan Məstəliyev baş verənləri "üzücü" adlandırıb:
 

"İdmançımızın haqlı qələbəsi hakim ədalətsizliyi nəticəsində əlindən alındı. Təəssüf ki, beynəlxalq turnirlərdə ev sahibi olan ölkənin idmançılarına hakim rəğbəti və köməkliyi tez-tez rast gəlinən hallardandır. Rəqib idmançıların sıxılması, ev sahibinin səhvlərinə göz yumulması Balabəyin qarşılaşmasında da özünü büruzə verdi".

 

Ekspert qeyd edib ki, hazırkı məqamda rəsmi etirazın nəticəyə təsir etməyəcəyini anlayan federasiya rəhbərliyinin mövqeyi doğrudur:

 

"Görüş başa çatdığı üçün nəticənin dəyişdirilməsi hüquqi baxımdan mümkün deyil. Buna görə də, Federasiya Beynəlxalq Cüdo Federasiyası (IJF) və Hakimlər Komitəsi ilə "pərdəarxası" işlər aparmalı, azərbaycanlı idmançılara qarşı belə qərəzli yanaşmaların yolverilməzliyi ilə bağlı ciddi xəbərdarlıqlar etməlidir.

Federasiya beynəlxalq qurumlar qarşısında məsələni qlobal müzakirəyə çıxararaq, bu cür ədalətsizliklərin IJF-nin nüfuzuna xələl gətirdiyini diqqətə çatdırmalıdır. Azərbaycan tərəfi bildirməlidir ki, bizim cüdoçularımıza qarşı tətbiq olunan bu cür "ikili standartlar" cavabsız qalmayacaq.

Ümumilikdə, millinin Avropa çempionatındakı çıxışı müsbət qiymətləndirilsə də, bu hakim qalmaqalı turnirin ən yadda qalan və müzakirə edilən hadisəsi olaraq qalır". 

 

Reyhan Quliyeva

#artırır #acf #cavab: #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər