00:00:00
Yazar
Admin User
30.09.2025 18:26 111 1 dəq oxuma
İdman

Hakimlər Komitəsinin sədri qalmaqallı epizodlara aydınlıq gətirib

Hakimlər Komitəsinin sədri qalmaqallı epizodlara aydınlıq gətirib

"AFFA Hakimlər Komitəsinin sədri epizodu futbol oyun qaydalarına əsaslanaraq izah edib və zənnimcə, məaələyə obyektiv yanaşıb. Zərərçəkən tərəfin qərardan narazı qalması təbiidir və bu, həmişə belə olub".

 

Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, klub rəsmiləri, azarkeşlər hansısa iradlarında haqlı olsalar belə, oyun qaydalarının tələbi əsasdır:

 

"Bizdə VAR sisteminin fəaliyyətində nöqsanlar, çatışmazlıqlar barədə mütəmadi olaraq fikir bildirilir. Mənə görə, ümumilikdə vəziyyəti normal qiymətləndirmək olar. Əsas qüsur kimi isə VAR-da qərarların xeyli ləng verilməsini qeyd edərdim. İdarəetmədə istənilən formada islahatlar aparılsa da, hakimlərin hazırlığında ən mütərəqqi metodlar tətbiq olunsa da, narazılıqların qarşısını almaq mümkün deyil. Çünki mübahisəli məqamlar, bu cür fikir ayrılıqları futbolun bir parçası, tərkib hissəsidir. Bu, dünən də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər