00:00:00
Yazar
Admin User
09.04.2024 05:06 1105 2 dəq oxuma
Sosial

Əhalinin təbii artımı və azalması

Əhalinin təbii artımı və azalması

Dünya əhalisinin sayı heç bir tarixi dövrdə sabit olmur, daim dəyişkəndir. Zaman-zaman əhalinin sayının azaldığını müşahidə edirik. Bu da dövrümüzün ən aktual və düşündürücü problemlərindən biridir. 

 

Ölkəmizdə əhalinin təbi artım tempi aşağıdır. Dövlət Statistik Komitəsinin rəsmi məlumatına görə ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb. Araşdırılmalara əsasən 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb.

 

2023-cü ildə Azərbaycanda 112 min 620 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci illə müqayisədə 

azalaraq 12,2-dən 11,1-ə düşüb.

 

2023-cü il ərzində ABŞ əhalisinin artım tempi 0,53% təşkil edib ki, bu da dünya sürətinin demək olar ki, yarısıdır. 2020-ci illər ABŞ tarixində əhalinin artımı baxımından ən yavaş dövr ola bilər. Artım 10 il ərzində 4%-dən azdır.

Əvvəllər ABŞ-da əhalinin ən yavaş artımı 1930-cu illərin Böyük Depressiyasından sonra qeydə alınıb, o zaman artım tempi 7,3% təşkil edib. 

 

Çinin əhalisi 2022-ci ildə 850.000 nəfər azalaraq, 1961-ci ildən bəri ilk dəfə azalıb. 2022-ci ildə 1 milyard 411 milyon nəfər olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyon nəfərə qədər azalıb. Çində bir uşaq məhdudiyyəti əvvəlki illərdə ləğv olunsa da, ailələr yaşayış xərcləri kimi səbəblərə görə yeni uşaq sahibi olmaqdan imtina edirlər.

 

Hindistanın əhalisi 2023-cü ildə 1 milyard 425 milyon 775 min 850 nəfərə çataraq, Çinin ötən il 1 milyard 426 milyon pik həddinə çatdıqdan sonra azalma tendensiyası keçirən əhali sayını üstələyib. Hindistan əhalisi 1950-ci ildən bəri ilk dəfə olaraq Çini üstələyib. 

 

Əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırmaq olar:

Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. İnkişaf etmiş ölkələrdə hər qadına 3-4 uşaq düşür.

İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir. Burada ölüm göstəriciləri də azalır. Ancaq doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır. Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşmüş və hətta əhali sayının azalması müşahidə olunmaqdadır.

Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və doğumun tempinin azalması səciyyəvidir. Bu mərhələdə təbii artımın zəifləməsi nəzərə çarpacaq dərəcədədədir. Bu mərhələdə bəzi ölkələr demoqrafik siyasət həyata keçiriblər. Ancaq bəzi ölkələrdə bu siyasət hələ də öz nəticəsini verməyib.

Dördüncü mərhələ doğum və ölüm göstəriciləri bir-birinə yaxınlaşır, əhalinin yüksək artım tempi aşağı  düşür. Bu dövrü dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçirirlər.

 

Əhalinin yüksək təbii artımı zamanı bir çox problemlərin yarandığını görmək mümkündür: Yoxsulluq, aclıq, işsizlik, kütləvi savadsızlıq , ekoloji problemlər misal göstərə bilərik.

 

Aytac Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər