00:00:00
Yazar
Zəri Bayramlı
06.07.2026 15:29 19 1 dəq oxuma
Dünya

HAMAS Qəzzada idarəetmə orqanını ləğv edib, səlahiyyətlər texnokratlardan ibarət komitəyə verilir

HAMAS Qəzzada idarəetmə orqanını ləğv edib, səlahiyyətlər texnokratlardan ibarət komitəyə verilir

HAMAS Qəzza zolağını idarə edən qurumun fəaliyyətinə son qoyduğunu açıqlayıb.

 

“Al Jazeera“nın xəbərinə görə, Qəzzada HAMAS-ın Fövqəladə Hallar Komitəsinin rəhbəri Məhəmməd Əbdül Xaliq əl-Fərra rəsmi olaraq istefa verib, komitə isə buraxılıb.

 

HAMAS-dan bildirilib ki, bu addım inzibati səlahiyyətlərin Qəzzanın İdarə Olunması üzrə Milli Komitəyə (NCAG) təhvil verilməsi məqsədilə atılıb. Qeyd olunur ki, NCAG siyasi partiyalara bağlı olmayan fələstinli texnokratlardan ibarət qurumdur.

 

Bununla yanaşı, Qəzzadakı Hökumət Media Ofisinin direktoru İsmayıl əs-Səvabtə “Al Jazeera“ telekanalına açıqlamasında deyib ki, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları təhlükəsizlik sahəsində fəaliyyətlərini davam etdirəcək.

 

"Daxili İşlər Nazirliyinin bütün əməkdaşları təhlükəsizlik boşluğunun yaranmaması üçün öz işlərini davam etdirəcəklər", - o bildirib.

Onun sözlərinə görə, idarəetmə strukturunda dəyişikliklərə baxmayaraq, Qəzza zolağında təhlükəsizliyin təmin olunması üçün mövcud təhlükəsizlik qurumlarının fəaliyyəti saxlanılacaq.

Bu qərarın ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşması çərçivəsində Qəzza rəhbərliyinin texnokratlardan ibarət komandaya təhvil verilməsini nəzərdə tutan müddəalara uyğun qəbul edildiyi bildirilir.

#yeni #edib # #idarəetmə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər