Hansi Flik Lionel Messini çalışdırmaq istəyir
“Barselona”nın baş məşqçisi Hansi Flik gələcəkdə Lionel Messini çalışdırmaq arzusunda olduğunu bildirib. “Barselona” bu şənbə Bilbaoyla oynayacaq, lakin stadiona yenilənmə işləri səbəbindən maksimum 45,000 azarkeş qəbul olunacaq. Messi isə “Inter Mayami”dəki məşğul qrafiki səbəbindən oyunda iştirak etməyəcək, amma keçən həftə Kamp Nouya səfər edib.
Flik bildirib: “Messi son on ilin ən yaxşı futbolçusudur. Onunla məşq etmək istəyərdim, amma bu mənim əlimdə deyil — onun müqaviləsi 2028-ci ilə qədərdir, mənimki isə 2027-ci ilə”.
Foot Africa
Mələk Nəsirli
