HAVALAR DƏYİŞİR
İsti havaların yağış, külək, şimşəklə əvəz olunacağı barədə proqnoz verildi. Havaların birdən dəyişməyi insanların sağlamlağına mənfi təsir göstərə bilərmi? Müalicə həkimi Aydın Əliyev İnformator.az saytına açıqlamasında ürək-damar, endakrin xəstəlikləri və allergiyadan əziyyət çəkənlərə ehtiyatlı olmağı tövsiyə edir. “Əlbəttə, havaların dəyişimi orqanizmində müəyyən xəstəliyi olanlara mənfi təsir edəcək. Ürək-damar, endakrin xəstələri və allergiyası olanlar bu dəyişimə daha tez reaksiya verəcəklər. İmmun sisteminin sağlam və güclü olanlar isə iqlim dəyişikliyi zamanı heç bir problemlərlə üzləşmirlər”. Həkimin sözlərinə görə, orqanizmin özünün istilik temperaturu normal olduqda, xaricdəki temperaturun istər aşağı, istərsə də yuxarı olmağı insanlara heç bir mənfi təsir göstərmir.
Aydın Əliyev havanın dəyişimi ilə əlaqədər özündə mənfi təsir görən, müəyyən xəstəliyi olan insanları dərhal həkimləri ilə məsləhətləşməyə çağırır.
ÇİNARƏ MURADOVA
