00:00:00
Yazar
Banuçiçək Məmmədova
17.02.2026 17:32 13 1 dəq oxuma
İdman

Heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir...

Heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir...

Böyük tərcübə əldə edə biləcəyimiz bir oyundur. Pley-offda oynamaq Azərbaycan futbol tarixi üçün ilkdir. “Nyukasl” çox güclü klubdur. Onlar dünyanın ən güclü liqasında çıxış edirlər.

 

"İnformator.az" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

 

“Oyuna çox da yaxşı hazırlaşa bilməmişik. Futbolçularım bu oyuna inamla yanaşırlar. Onların hər birinin ən yaxşı oyunlarını oynayacaqlarına əminəm. İngiltərə Premyer Liqasında heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir. Onlar rəqibə öz oyunlarını oynamağa imkan verməyən kollektivdir. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Baxmayaraq ki, rəqib bizdən fiziki baxımdan daha güclüdür, amma öz oyunumuzu oynayacağıq” - Qurbanov əlavə edib.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər