00:00:00
Yazar
Admin User
22.01.2026 16:03 56 1 dəq oxuma
Dünya

Henri VIII dövrünə aid qala layihəsi yenidən gündəmə gəlib

Henri VIII dövrünə aid qala layihəsi yenidən gündəmə gəlib

 

Bir vaxtlar Kral VIII Henrinin göstərişi ilə inşa edilmiş qalanın yerləşdiyi ərazidə yaradılması planlaşdırılan ziyarətçi attraksionu maliyyə problemi həll olunduqdan sonra davam etdiriləcək. Hall şəhər şurası layihədə yaranan maliyyə boşluğunu aradan qaldıraraq təşəbbüsə 1,16 milyon funt sterlinq investisiya yatıracağını açıqlayıb.

Layihəyə əsasən, The Deep akvariumunun yaxınlığında yerləşən ərazidə keçmiş qalanın konturlarını xatırladan üç iri, yarı-şəffaf metal konstruksiya inşa olunacaq. XVI əsrin ortalarında Hull limanını qoruyan South Blockhouse qalasının tarixi bu layihə vasitəsilə ictimaiyyətə təqdim ediləcək. Arxeoloqların aşkar etdiyi divar qalıqları və top platformaları şəhərin tarixi irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər