Hesap.com Antalyaspor oyunu əvvəli məşq qeydləri
“Beşiktaş” Trendyol Super Liqasının 12-ci turunda səfərdə “Hesap.com Antalyaspor”la keçirəcəyi oyunun hazırlıqlarını bu səhər BJK Nevzat Demir bazasında davam etdirib.
Mətbuata qapalı şəkildə keçirilən məşq təxminən 1 saat 20 dəqiqə davam edib.Zədə müalicəsi davam edən Rafa Silva və Necip Uysal, eləcə də anasının səhhətinə görə Braziliyada olan Qabriel Paulista məşqdə iştirak etməyib.Baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında keçirilən məşq fiziki hazırlıq və taktiki çalışmalar üzərində qurulub. Komanda isinmə qaçışlarından sonra taktiki ikiqapı oyunla məşqi tamamlayıb.
Bjk.com.tr
Nazim Xeyrxəbərli
