00:00:00
Yazar
Zəhra Həsənova
08.05.2026 21:24 30 2 dəq oxuma
İdman

Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri qalibləri mükafatlandırılıb 

Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri qalibləri mükafatlandırılıb

Bakı Tennis Akademiyasında keçirilən minifutbol turnirində dövlət qurumlarının əməkdaşları həm idman bacarıqlarını, həm də komanda birliyini nümayiş etdiriblər. Finalda SOCAR komandası inamlı qələbə ilə kuboka sahib çıxıb, digər mükafatçılar da medallarla təltif olunublar.


"Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Azərbaycan Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən IV minifutbol turnirinə yekun vurulub. Bir neçə ay davam edən yarış yüksək rəqabət və gərgin idman mübarizəsi şəraitində baş tutub".


Bu sözləri Azərbaycan Minifutbol Federasiyasının Media və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sərxan Abışov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu cür turnirlərin təşkili idmanın inkişafı və dövlət qurumları arasında sağlam rəqabət mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:

 

"Azərbaycan Minifutbol Federasiyası olaraq biz də turnirin keçirilməsini yüksək qiymətləndiririk. Turnirin qalibi olan SOCAR komandasını federasiyamız adından bir daha təbrik edirik. Komanda iştirak etdiyi bütün minifutbol yarışlarında daim favoritlərdən biri olduğunu nümayiş etdirib. Bu turnirdə də stabil və peşəkar oyun sərgiləyərək tam layiqli şəkildə çempion adına yiyələniblər. SOCAR komandasına qarşıdakı yarışlarda da uğurlar arzulayırıq.

Bildiyiniz kimi, Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında minifutbol turniri artıq ənənəvi xarakter alıb. Yarışa maraq ildən-ilə artır və bu da turnirin nüfuzunun yüksəldiyini göstərir. Təşkilatçıların qarşıya qoyduğu əsas məqsədlərdən biri gələcək illərdə bu turnirin miqyasını və səviyyəsini daha da inkişaf etdirməkdir".


Zəhra Möhübbətova

#olunan #xəbər #baki #həsr #əliyevin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər