Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə veloyürüş keçirilib
Ədliyyə Nazirliyi 3 may 2015-ci il tarixdə həvəskarlar arasında velosiped yürüşü təşkil edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 may 2015-ci il tarixdə həvəskarlar arasında velosiped yürüşü təşkil edib.
Ədliyyə nazirliyindən İnformator-a verilən xəbərə görə, təşəbbüsə qoşulan Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və "İrəli" İctimai Birliyinin üzvləri tədbirdə fəal iştirak ediblər.
Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinədək olan məsafəni qət ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında 150 nəfərədək həvəskar velosipedçini Ədliyyə Nazirliyinin çoxsaylı əməkdaşları alqışlarla qarşılayıblar.
