Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Hazırda Avropa İttifaqı-Azərbaycan münasibətləri sadəcə enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır:
“Yeni tarixi mərhələdə Avropa İttifaqı-Azərbaycan münasibətləri yeni xüsusi əhəmiyyət kəsb edir və bu münasibətlər strateji baxımdan ümumi regional təhlükəsizlik səviyyəsinə qədər qalxmaqda olan münasibətlərdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cənab Hikmət Hacıyevin Avropa İttifaqının Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Magdalena Qorno ilə görüşü də çox güman ki, yeni mərhələdə yeni münasibətlərin ayrı-ayrı istiqamətlərinin müzakirə olunmasına həsr edilmiş bir görüşdür. Biz bu görüşü bir neçə aspektdən qiymətləndirə bilərik”.
Həmçinin Hikmət Babaoğlu qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan münasibətləri kontekstində mövcud olan məsələlər müzakirə edilibdir:
“Cənubi Qafqazda önümüzdəki mərhələdə baş tutacaq sülh mövzusu ətrafında fikir mübadiləsi aparılmış ola bilər və nəhayət, bölgədəki humanitar problemlər, nəqliyyat-kommunikasiya məsələləri və bölgədə hələ də mövcud olan qaçqın və məcburi köçkünlərin, keçmiş məcburi köçkünlərin məskunlaşması və heç şübhəsiz ki, bar-bir blokda yox, yəqin ki, regional kommunikasiya xətləri, Orta Dəhlizin Zəngəzur seqmenti ya da tranzit marşrutu və ən nəhayət, müzakirə olunan məsələlərdən biri heç şübhəsiz ki, Azərbaycanın yaşıl enerji üzrə əməkdaşlığı məsələlərinin Avropa İttifaqı ilə mümkün müzakirə mövzularından biri ola bilər”.
Bunlarla yanaşı, Millət vəkili vurğulayıb ki, bu gün Avropa sadəcə Azərbaycanın birtərəfli qaydada Azərbaycan-Avropa tərəfdaşlığı kontekstində Azərbaycanın mövqeyini görmür, daha geniş kontekstdə görür:
“Avropa kontekstdə Azərbaycanın daha geniş mövqeyini görür qiymətləndirir və onunla əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanları müzakirə edir. Ona görə də mən düşünürəm ki, bir neçə gün əgər nəzərə alsaq ki, biz bundan əvvəl Dublində Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzaladıq və görünür, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcəkdə hüquqi əsaslarının yaradılması üçün xeyli müddətdir müzakirə olunan o tərəfdaşlıq və Azərbaycan münasibətləri haqqında nəzərdə tutulan müqavilə də yeni şərtlər və yeni perspektivlər kontekstində imzalanmağa hazır ola bilər”.
Ayşə Cəfərova