00:00:00
Yazar
Admin User
27.01.2026 14:37 58 1 dəq oxuma
Dünya

Hindistan və Aİ tarixi ticarət sazişi elan edib

Hindistan və Aİ tarixi ticarət sazişi elan edib

 

 

 

Hindistan və Avropa İttifaqı (Aİ) təxminən 20 illik fasilələrlə aparılan danışıqlardan sonra tarixi azad ticarət sazişi üzrə razılığa gəlib. Razılaşma ABŞ-lə artan iqtisadi-siyasi gərginlik fonunda tərəflər arasında əlaqələri gücləndirməyi hədəfləyir.


Aİ Komissiyasının sədri Ursula fon der Lyayen sazişi “hamının anası olan razılaşma”, Hindistanın baş naziri Narendra Modi isə “tarixi” adlandırıb. Müqavilə Aİ-yə üzv 27 ölkə ilə dünyanın ən çox əhalisi olan Hindistan arasında malların sərbəst ticarətini nəzərdə tutur. Bu bazar birlikdə qlobal ÜDM-in təxminən 25%-ni əhatə edir.

Razılaşmaya əsasən, kimya, maşınqayırma, elektrik avadanlıqları, aviasiya məhsulları üzrə rüsumlar mərhələli şəkildə ləğv ediləcək. Avtomobillərə tətbiq olunan 110%-ə qədər olan rüsumlar 250 min avtomobil kvotası daxilində 10%-ə endiriləcək. Hindistan Aİ-dən şərab, pivə və zeytun yağına rüsumları azaldacaq. Tekstil, dəri məmulatları, dəniz məhsulları, zərgərlik və əl işləri Aİ bazarına daha rahat çıxış əldə edəcək.

Həssas sahələri (süd məhsulları, taxıl, quşçuluq və s.) Hindistan qoruyub. Razılaşma həmçinin mütəxəssislərin qısamüddətli hərəkətini asanlaşdıran mobillik mexanizmini və təhlükəsizlik tərəfdaşlığını da əhatə edir.

Bu saziş Hindistanın indiyə qədər imzaladığı ən böyük azad ticarət razılaşmasıdır və ABŞ tariflərindən zərər görən sahələrə dəstək verəcəyi gözlənilir. Rəsmi imzalanma isə Avropa Parlamenti və üzv ölkələrin təsdiqindən sonra, ilin sonuna doğru baş tutacaq.

 

BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər