00:00:00
Yazar
Admin User
27.08.2025 14:03 110 1 dəq oxuma
İdman

Hindistanın futbol yığması beynəlxalq yarışlardan kənarlaşdırıla bilər

Hindistanın futbol yığması beynəlxalq yarışlardan kənarlaşdırıla bilər

 

Hindistanın futbol yığması və klubları beynəlxalq yarışlardan kənarlaşdırılma təhlükəsi ilə üzləşib.

 

"İnformator.az"ın "Press Trust of India"ya istinadən məlumatına görə, buna səbəb FIFA və Asiya Futbol Konfederasiyasının (AFK) nizamnamənin dəyişdirilməsi ilə bağlı tələblərinin hələ də yerinə yetirilməməsidir. FİFA və AFK Hindistan Futbol Federasiyasının prezidenti Kalyan Çaubeyə ünvanladığı məktubda yeni nizamnamənin qəbul edilməsində irəliləyişin olmamasından narahatlığını ifadə edib.


Həmçinin oktyabrın 30-dək yeni nizamnamənin qəbul və ratifikasiya edilməsi barədə tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Hindistanın 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciəti ləğv olunacaq. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər