00:00:00
Yazar
Admin User
18.08.2023 15:10 303 2 dəq oxuma
Sosial

HƏKİM MƏSLƏHƏTİ OLMADAN DƏRMAN DƏYİŞDİRİLƏ BİLMƏZ

HƏKİM MƏSLƏHƏTİ OLMADAN DƏRMAN DƏYİŞDİRİLƏ BİLMƏZ

   Reseptdə yazılan dərman aptekdə olmayanda və ya büdcəmizə uyğun gəlmədikdə əvəzediciləri tövsiyə olunur. Tərkibi eyni, adları fərqli olan əvəzedici dərmanların isə insan sağlamlığına ciddi təsirləri var.

  Mövcud qanunvericiliyə əsasən, həkim resept yazarkən dərmanın molekul formulunu mütləq qeyd etməlidir. Əczaçı Qabil Məmmədov deyir ki, eyni molekula quruluşuna malik müxtəlif adda istehsal olunan dərmanların təsir mexanizmində ayrı-seçklik yoxdur. Fərq yalnız dərmanın adında, istehsal olunan ölkədə və qiymətindədir. “Elə xəstələrimiz var ki, onlara həmin molekula vacibdir, yəni onu dəyişmək olmaz. Onu dəyişəndə başqa problemlər yaranıır, başqa hallara gətirib çıxarır. Zəhərlənmələr, həmin xəstəliyin gedişatında müalicənin pozulmasına gətirib çıxaran hallar baş verə bilər. Dərman dəyişimini mütləq həkim mələhət görməlidir, əczaçı özbaşına bunu edə bilməz”.

  Həkimlər də dərman əvəzedicilərinin insan orqanizimində ciddi fəsadlar yarada biləcəyini deyir. Həkim terapevt Sübhan Hacıyevin sözlərinə görə, bunun üçün qeyd olunan dərmana əvəzedicini həkimin tövsiyəsi olmadan qəbul etmək doğru deyil. “Məsələn, parasetamol müxtəlif adlarda var. Bu müxtəlif adlarda eyni dozada verilirsə, burda bir problem olmur. Digər qeyri stereoid iltihab əleyhinə preparatlar var ki, onlar da qızdırma salır, iltihab əleyhinə və ağrıkəsici effekti var. Amma tərkibi başqadır. Onların təsir mexanizmi eyni olsa da, səhhətə problemlər yarada bilir. Əgər bir xəstədə mədə-bağırsaq qanaxması varsa və yaxud əvvəllər olubsa, onlar daha ehtiyatlı olmalıdırlar”. “Resept blankları 2 hissədən ibarət olur. Tövsiyə blankları və resept blankları. Resept blanklarında yalnız dərman formasının, dərmanın tərkib hissələri yazılmalıdır. Əczaçılara buraxılmalıdır bu seçim, əczaçı da həmin tərkib maddəsinin jenerik və yaxud orjinal formada həmin pasientə təqdim etməlidir. Ancaq ki, elə neqativ hallar olur ki, həkimlər yalnız onun satış adlarını yazır və burada böyük neqativ hallara rast gəlinir”.

  Qanuna əsasən həkimlər reseptdə dərmanın beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddələri mütləq qeyd etməlidirlər.

RƏKSANƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər