00:00:00
Yazar
Admin User
03.08.2025 09:37 156 1 dəq oxuma
Hadisə

Həkimdən isti xəbər ilə bağlı

Həkimdən isti xəbər ilə bağlı

Uzunmüddətli və ya intensiv isti hava şəraiti insanların emosional vəziyyətinə ciddi təsir göstərir.

 

"İnformator.az"  "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə psixoterapevt Yuliya Romanenko danışıb:

 

"Həkim bildirib ki, yüksək temperatur bəzi insanlarda narahatlıq, aqressiya və qıcıqlanma doğurur, bu da ətrafdakılarla münasibətlərə mənfi təsir göstərə bilər. Romanenkonun sözlərinə görə, insanın fizioloji vəziyyəti ilə emosional durumu daim paralel şəkildə fəaliyyət göstərir: "Birində dəyişiklik baş verərsə, digərində mütləq cavab reaksiyası yaranır". Araşdırmalar sübut edir ki, uzunmüddətli isti hava zamanı qanda adrenalin və kortizol səviyyəsi yüksəlir. Bu isə ürək döyüntülərinin artması, qan təzyiqinin qalxması və nəfəsalma tezliyinin yüksəlməsi ilə müşayiət olunur - yəni, təhlükə vəziyyətindəki kimi fizioloji reaksiya yaranır. Nəticədə isə insan özünü narahat hiss edir, tez-tez qəzəblənir. Yüksək temperatur orqanizmdə ümumi gərginlik yaradır və bu zaman bütün emosiyalar - sevinc, qorxu, əsəb - daha intensiv şəkildə özünü büruzə verir. Əgər insan onları şüurlu şəkildə idarə etmirsə, emosional partlayış ehtimalı yüksəlir. Beyində bu cür emosiyaları cilovlayan sahə - prefrontal korteks - isti hava fonunda aktivliyini azaldır. Bu isə kiçik bir narahatlığın belə mübahisəyə səbəb olmasını asanlaşdırır".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər