00:00:00
Yazar
Admin User
29.04.2019 16:18 964 3 dəq oxuma
Sosial

HƏLƏ AZƏRBAYCAN İRAN MÜNASİBƏTLƏRİ BU SƏVİYYƏDƏ OLMAYIB

"Dəyirmi masa" iştirakçıları İran və Azərbaycan , İran və Rusiya münasibətlərinin yüksək səviyyəsindən danışarkən Tehranın bölgədə liderliyinə mane olan səbəbləri vurğulayıblar.
HƏLƏ AZƏRBAYCAN İRAN MÜNASİBƏTLƏRİ BU SƏVİYYƏDƏ OLMAYIB

"Dəyirmi masa" iştirakçıları İran və Azərbaycan , İran və Rusiya münasibətlərinin yüksək səviyyəsindən danışarkən Tehranın bölgədə liderliyinə mane olan səbəbləri vurğulayıblar.

İran güclü və böyük dövlətdir. Amma o, regional dövlətə çevrilə bilmir. Bunları "Vektor" Strateji araşdırmalar və humanitar layihələndirmə Mərkəzinin təşkilat komitəsinin  sədri, politoloq Əli İsgəndərov bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutan "Azərbaycan və Xəzəryanı ölkələrin İran siyasəti" mövzusunda dəyirmi masada bildirib.

«Bəli, İranın gücü var. qüdrəti var, güclü dövlətdir, amma o, bölgədə lider ola bilməyəcək. Çünki bölgədə Rusiya kimi nəhəng var.Rusiya ilə İranın maraqları heş də həmişə üst-üstə düşmür, buna görədə Tehran Moskva ilə rəqabətə hazır deyil. Rusiya ilə İran arasında mal dövriyyəsi 2.5 mld. belə deyil. İran -Azərbaycan münasibətlərində zəifliklərdən biri də İranın ictimaiyyətlə zəif əlaqələr qurmasındadır"-, deyə ekspert bildirib.

"İranın əlində müxtəlif alətlər olmasına baxmayaraq Tehran onlardan istifadə mexanizmlərindən istifadə edə və lider ola bilmir".- deyib İsgəndərov.

"EtnoqlobusBeynəlxalq onlayn analitik mərkəzinin direktoru Gülnara İnanc İran mövzusu ətrafında müzakirələrin keçirilməsinə ehtiyac olduğunu deyib.

«Bizim bəyənməyimizdən aslı olmayaraq hər bir dövlətin öz marağı var. İrana təzyiq göstərdikcə Tehran problemləri qonşu olkələrə ötürəcək. Bu isə dövlətin bir canlı orqanizm kimi sağ qalmaq haqıdır», -deyib. G.İnanc.

«İran radikal İslam cərəyanlarının Qafqaza və Xəzər bölgəsinə siyarətinə mane olur. Əgər Rusiya, İran və Türkiyənin birgə fəaliyyəti Qərbin Suriya və İraqı parçalamasına imkan vermir», -deyə İnanc qeyd edib.

İranın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Həsən Qoli isə bildirib ki, son 10 ildə münasibətlərimiz bu qədər yüksək səviyyədə olmayıb.

"Məlum "İki dövlət -bir millət" ifadəsini Azərbaycan-İran münasibətlərinə də aid etmək olar. Amma bununla belə mövcud naqislikləri heç kəs gözardı etmir. Bundan əlavə İran heç bir dövlətin liderliyini qəbul etmir və özü d liderliyə can atmır. İranın bir çox ölkələrlərlə münaqişəsi də bu səbəbdən yaranır. ABŞ-ın sanksiyalarına rəğmən İranda heş bir narahatlığa əsas yoxdur", deyə Goli bildirib.

AMEA-nınŞərqşünaslıq İnstitutunun "İran siyasəti və iqtisadiyyatı" şöbəsinin əməkdaşı Saleh Dostəliyev Rusiya-İran münasibətlərinin yüksək səviyyəsindən danışıb.

«Müxtəlif dövrlərdə bu əlaqələr fərqli sıviyyədə olub, indi isə İran-Rusiya əlaqələri zirvədədir. İran ayrılıqda Rusiyanın xarici siyasət doktrinasına əlavə olunub. İran-İraq savaşından sonra Rusiyaİran ordusunun modernizasiyası üçün lazım olan silahları Rusiya təmin edirdi.Daha sonralar hərbi əməkdaşlıq ölkələrin geniş əməkdaçlığına çevrilib», — alim bildirib.

«İran Rusiya üçün Yaxın Şərqdə strateji əhəmiyyət daşıyır. Bundan əlavə İranın Qafqazda, Əfqanıstanda nüfuzu var. Hindistana çıxışı önəmli amildir. İri həcmli neft və qaz ehtiyatlarına səbəbindən İranın rolu daha da artırИран имеет стратегическое значение для Москвы на Ближнем Востоке. Кроме того, Тегеран имеет влияние на Кавказ, Афганистан, при этом имеет выход к Индийскому океану, а с учетом крупных запасов нефти и газа, его роль еще больше возрастает», — Dostəliyev bildirib.

Politoloq İlqar Vəlizadə İranın bölgədə vacib rolu , o cümlədən iqtisadi layihələr vasitəsilə nüfuzunun artmasına toxunub. «İran Rusiyanın iştirakı ilə Şimal-Cənub layihəsinin tərkib hissəsidir. İran həmçinin Çinin "Bir kəmər-bir yol" layihəsi üçün də vacibdir",-politoloq deyib.

AMEAnın Şərqşünaslıq institutunun əməkdaşı Ramil Rüstəmov İran və Azərbaycanın əlaqələrinin inkişaf tendensiyasından danışıb. Alim bildirib ki, ölkələrin bölgədəki əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və üçüncü ölkələrə də təsir edir.

AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı Sübhan Talıblı isə Bakı ilə Tehran arasındaəlaqələrdəki boşluqların olduğunu, lakin Azərbaycanın daima xoş qonşuluq münasibətlərinə can atdığını deyib.

«Bizim İranla tarixi, iqtisadi, mədəni yaxınlığımız var. Nadir şah. Nizami, Şəhriyar həm bizə, həm də İran xalqına döğmadır. Ola bilər ki, əlaqələrimiz o qədər də hamar deyil , amma biz xoş qonşuluq siyasətinə yüklənmişik », — deyib Talıblı.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər