00:00:00
Yazar
Admin User
08.09.2023 16:18 547 1 dəq oxuma
Sosial

HƏM OXUYUR, HƏM İŞLƏYİR

HƏM OXUYUR, HƏM İŞLƏYİR

   Universitet oxumaqla kifayətlənməyən, çalışaraq ailələrinə dəstək olan, öz ehtiyaclarını ödəyən tələbələrimizin sayı az deyil. Çalışmaq gənc yaşda tələbələrimizə öz ayaqları üzərində durmağı öyrətsə də, çoxu bu işi məcburiyyətdən edir, çünki onların ödəməli olduğu təhsil haqları, kirayə pulu və s. var.
  Tələbə olmasına baxmayaraq çalışan, ailəsinə dəstək olan Bakı Qızlar Universitetinin tələbəsi Aysu Əbdürrəhmanova bu işi sevdiyini deyir. Aysu "Alo dayə" şirkətində "oyun dostu" kimi çalışır. Burada uşaqlara intelektual oyunlar öyrətməklə yanaşı, özü də işləyərək əylənməyi bacarır. Aysu deyir ki, təhsili ödənişli olsa da, ailəsi xərcləri qarşılayır, qazandığı pulu isə kirayə ilə gündəlik ehtiyaclarına xərcləyir.
   Gənc yaşda pul qazanmağa məcbur olan digər tələbəmiz Natiq Həsənovdur. Natiq ödənişli təhsil aldığı üçün ailəsi maddi çətinlik çəkir. Marketdə satıcılıq etməyə məcbur olan Natiq bu işi sevmədiyini, məcburiyyətdən etdiyini deyir. "Ailəmin imkanı gözəl olsaydı, satıcı işləməzdim. Tək işim dərslərimə adaptasiya olmaq olardı. Təəssüf ki, ailəm təhsil haqqımı qarşılayır, mən isə çalışaraq öz ehtiyaclarımı qarşılayıram". Natiq bunun müvəqqəti çətinlik olduğunu deyir, universiteti bitirdikdən sonra öz sahəsi üzrə mütəxəssis olacağını, o zaman işini sevərək edəcəyinə söz verir.

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər