Hollandiya hökuməti Çin şirkətinə məxsus çip istehsalçısına nəzarəti ələ alıb
Hollandiya hökuməti ölkənin strateji texnologiyalarını qorumaq məqsədilə Çin şirkəti Wingtechə məxsus Nexperia çip istehsalçısına nəzarəti ələ alıb. Qərar, şirkətdə “idarəetmə pozuntuları” və texnoloji məlumatların Çinə ötürülməsi riskləri ilə əsaslandırılıb.
Rəsmi açıqlamaya görə, hökumət şirkətin qərarlarına müdaxilə etmək və rəhbərliyə nəzarət etmək səlahiyyətinə malik olacaq. Bu addım çip istehsalının davamlılığını təmin etmək və strateji texnologiyaların xarici təsir altında istifadəsinin qarşısını almaq məqsədini daşıyır.
Wingtech bu qərarı “geosiyasi motivli müdaxilə” adlandırıb və hadisədən sonra şirkətin səhmləri təxminən 10 faiz ucuzlaşıb. Ekspertlər hesab edirlər ki, bu addım Avropa ölkələrinin strateji texnologiyalara nəzarətdə daha ciddi tədbirlər görəcəyinin göstəricisidir.
BBC News
Ayşə Müzəfərli