Honq Konqda mübahisəli qərar
Çinin xüsusi inzibati bölgəsi olan Honq-Konqda Milli Təhlükəsizlik Qanununun ən kritik işlərindən biri ilə bağlı hökm çıxarılıb. Media maqnatı və demokratiya tərəfdarı Cimmi Lai “xarici güclərlə əməkdaşlıq” və “qiyama təhrik” ittihamları ilə 20 il həbs cəzasına məhkum edilib.
Məhkəmənin qərarını şərh edən Steve Li Kwai-Wah ittihamların Milli Təhlükəsizlik Qanununa görə ən ağır ittihamlar kimi təsnif edildiyini bildirərək, "Məhkəmənin qərarı çox açıq idi. Bu, son dərəcə ağır cinayətdir və qanunun ən yüksək cinayət təsnifatına daxildir",-deyib.
Demokratiya tərəfdarları tərəfindən qəhrəman kimi görünən Lai Pekin hökuməti tərəfindən “satqın” kimi damğalanır. Honq-Konq hökuməti hökmün şəhərin sabitliyi üçün mühüm addım olduğunu müdafiə edib. Honq-Konqun icraçı direktoru Con Li Lainin hərəkətlərinin milli təhlükəsizliyə zərər verdiyini bildirib.
Aydan Əsgərxanlı
CNN Türk
