00:00:00
Yazar
Güllər Gülhüseynova
24.03.2026 19:48 71 1 dəq oxuma
Dünya

Hörmüz Boğazı müharibə edənlər istisna olmaqla hər kəsə açıqdır- Əraqçi

Hörmüz Boğazı müharibə edənlər istisna olmaqla hər kəsə açıqdır- Əraqçi

Abbas Əraqçi bildirib ki, ABŞ və İsrailin hücumları ilə artan gərginlik səbəbilə gəmi hərəkətində fasilələrin yaşandığı Hörmüz Boğazı onlarınla müharibə edən ölkələrin gəmiləri istisna olmaqla bütün gəmilərə açıqdır.

 

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Abbas Əraqçi Çinli həmkarı Wang Yi ilə telefonla danışıb.

 

Əraqçi görüşdə beynəlxalq enerji və mal ticarəti baxımından kritik tranzit xətti olan dəniz yolunun vəziyyətinə toxunaraq deyib: “Hörmüz Boğazı hər kəs üçün açıqdır və bütün gəmilər təhlükəsiz şəkildə keçə bilər, lakin (bizimlə) müharibə edən ölkələr istisnadır”.

 

O, İran xalqının xarici hücuma qarşı müqavimət və milli suverenliklə müstəqilliyi qoruma mövzusunda hər zamankından daha çox birlik içində olduğunu vurğulayıb və müvəqqəti deyil, hərtərəfli atəşkəs istədiklərini bildirib.

 

Əraqçi həmçinin bütün tərəflərin gərginliyi artırmaq əvəzinə azaltmaq üçün addımlar atmasını gözlədiklərini və Çinin münaqişələrin dayandırılması və sülhün təşviqi üçün müsbət rol oynamasını ümid etdiklərini qeyd edib.

 

Wang Yi isə böhranların güc yolu ilə deyil, dialoq və danışıqlarla həll edilməsinin tərəfdarı olduqlarını, bunun həm İranın, həm də beynəlxalq ictimaiyyətin ümumi marağı olduğunu bildirib. O əlavə edib ki, Çin obyektiv mövqeyini davam etdirəcək, digər ölkələrin suverenliyinə qarşı pozuntulara qarşı çıxacaq, münaqişələrin dayandırılması və sülhün təşviqi üçün fəal çalışacaq və regional sabitliyə töhfə verəcək.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#açıqdır- #olmaqla #istisna #hər #hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər