00:00:00
Yazar
Ayan Sadi
17.08.2026 23:03 122 2 dəq oxuma
Gündəm

Hörmüz boğazı - sülhün əsas şərtlərindən biri

Hörmüz boğazı - sülhün əsas şərtlərindən biri

İran ordusunun komandanı Əmir Hatəminin Hörmüz boğazı ilə bağlı son açıqlaması Tehranın bu strateji marşruta təkcə hərbi deyil, həm də siyasi və iqtisadi təzyiq vasitəsi kimi yanaşdığını göstərir. Politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz hazırda həm müharibənin əsas risk nöqtələrindən biri, həm də mümkün sülh danışıqlarının əsas elementidir.

 

“Əmir Hatəminin bəyanatı göstərir ki, İran Hörmüz boğazını geosiyasi potensial kimi qiymətləndirir və ondan ABŞ ilə danışıqlarda mühüm təzyiq rıçağı kimi istifadə etməyə çalışır. Bu, hərbi məsələdən daha çox siyasi və iqtisadi xarakter daşıyır”.

 

Politoloqun sözlərinə görə, Hörmüz boğazının əhəmiyyəti onun qlobal enerji sistemində tutduğu mövqedən irəli gəlir. Dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 25 faizi bu marşrutdan keçir və Qətərlə BƏƏ-nin mayeləşdirilmiş təbii qaz ixracının böyük hissəsi də məhz bu boğazdan asılıdır.

 

“Hörmüzdə uzunmüddətli məhdudiyyət yalnız İran və Körfəz ölkələri üçün deyil, xüsusilə Asiyanın iri enerji istehlakçıları üçün ciddi iqtisadi risk yaradır. Bu isə enerji qiymətlərinin artmasına və inflyasiya təzyiqinin güclənməsinə səbəb olur”.

 

Rəşad Bayramov hesab edir ki, Hörmüz ətrafında gərginliyin artması ABŞ–İran qarşıdurmasını daha geniş regional münaqişəyə çevirmək potensialına malikdir. Onun fikrincə, boğazın təhlükəsizliyi ilə bağlı əldə olunacaq mümkün razılaşma həm regional sabitliyə, həm də qlobal enerji bazarında risklərin azalmasına mühüm təsir göstərə bilər.

 

Süsən Mərdalıqızı

#şərtlərindən #sülhün #yeni #hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər