00:00:00
Yazar
Lalə Qafarova
26.03.2026 20:54 23 1 dəq oxuma
Dünya

Hörmüz boğazında 1900 gəmi mahsur qalıb

Hörmüz boğazında 1900 gəmi mahsur qalıb

 

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı birgə hücumlardan sonra bölgədə gərginlik kəskin artıb. İranın cavab addımı olaraq Hörmüz boğazını ABŞ və İsraillə əlaqəli gəmilərə faktiki bağlaması nəticəsində dəniz nəqliyyatı, demək olar ki, dayanıb. Bu səbəbdən boğazdan keçə bilməyən çoxsaylı ticari gəmi, əsasən Basra körfəzi ətrafında lövbər salaraq gözləmək məcburiyyətində qalıb.

 

Məlumatlara görə, 20-22 mart tarixlərində bölgədə hərəkətsiz qalan gəmilərin sayı təxminən 1900-ə çatıb. Onların arasında xam neft və neft məhsulları daşıyan yüzlərlə tanker də var. Ümumilikdə bu gəmilərdə təxminən 190 milyon barel neft və məhsul olduğu bildirilir.

Yaranmış vəziyyət qlobal daşımacılığa ciddi təsir göstərib. Navlun qiymətləri xüsusilə tanker bazarında kəskin artıb, eyni zamanda konteyner daşımalarında da bahalaşma müşahidə olunur. Ekspertlər qeyd edir ki, dünya neft daşımalarının böyük hissəsinin keçdiyi bu strateji marşrutun iflic olması alternativ yollarla tam kompensasiya edilə bilmir.

 

TRT HABER 
Reyhan Quliyeva

#yeni #1900 #boğazında #gəmi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər