Hörmüz boğazında gəmiyə hücum: BMT dənizçilərin təxliyəsini dayandırıb
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsi planını yük gəmisinə hücumdan sonra müvəqqəti dayandırıb. IMO rəhbəri Arsenio Dominqez bildirib ki, bəzi gəmilər artıq təxliyə edilib, lakin dənizçilərin təhlükəsizliyi tam təmin olunana qədər plan pauza edilir. Oman yaxınlığında naməlum mərmi ilə vurulan gəmidə xəsarət olmayıb.
ABŞ mediasının məlumatına görə, hücumun arxasında İran dayanır. Hadisə İranın boğazdan yalnız müəyyən marşrutlarla keçidə icazə veriləcəyini bəyan etməsindən sonra baş verib. Hörmüz boğazı neft və qaz daşımaları üçün strateji əhəmiyyət daşıyır və bölgədəki gərginlik qlobal neft qiymətlərinə birbaşa təsir göstərir.
BBC News
Mələk Hüseynova