Hörmüz böhranı: Körfəz ölkələri minlərlə yük maşını ilə quru yolu ilə yük daşıyır
Hörmüz boğazındakı böhran səbəbindən dəniz nəqliyyatının kəsilməsi ilə Körfəz ölkələri quru logistikasına üz tutub.
Minlərlə yük maşını Səudiyyə Ərəbistanından BƏƏ-yə qədər uzanan magistral yollara yerləşdirilərək qlobal ticarət üçün alternativ təchizat dəhlizləri yaradır.
Səudiyyə Ərəbistanının dövlət mədən şirkətinin baş direktoru Bob Wilt, Körfəzdən Qırmızı dənizə daşımalarda əhəmiyyətli artım olduğunu və marşrutda işləyən yük maşınlarının sayının 3500-ə çatdığını bildirib.
Aydan Əsgərxanlı
TRT Haber