00:00:00
Yazar
Zəhra Həsənova
04.06.2026 21:20 16 2 dəq oxuma
Siyasət

“Hörmüz məsələsi ABŞ-İran danışıqlarında əsas mövzulardan biridir” - ŞƏRH

“Hörmüz məsələsi ABŞ-İran danışıqlarında əsas mövzulardan biridir” - ŞƏRH

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ölkəsinə qarşı yönələn təhdidlərin cavabsız qalmayacağını bildirib. O, Hörmüz boğazında yaranmış gərginlik fonunda istənilən hücuma qətiyyətli və adekvat cavab veriləcəyini vurğulayıb.

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Qalibafın açıqlaması İran rəsmilərinin son dövrdə verdiyi bəyanatların davamı kimi qiymətləndirilə bilər:

 

“İran tərəfi son vaxtlar həm ABŞ ilə aparılan danışıqlarda, həm də rəsmi bəyanatlarda ritorikanı sərtləşdirib. Bunun əsas səbəblərindən biri Vaşinqtona olan inamsızlıqdır. Tehran hesab edir ki, danışıqlar prosesində İranın maraqlarına zidd hər hansı addım atılarsa və ya hərbi variant gündəmə gələrsə, buna cavab verməyə hazır olmalıdır. Qalibafın açıqlaması da məhz bu mesajı ehtiva edir”.

 

Siyasi şərhçinin sözlərinə görə, hazırda ABŞ və İran arasında aparılan danışıqlarda Hörmüz boğazı əsas müzakirə mövzularından biridir:

 

“İran hesab edir ki, ABŞ-nin müharibəni dayandırmaq qərarında Hörmüz boğazında yaranmış vəziyyət mühüm rol oynayıb. Çünki boğazda yaranan problemlər qlobal enerji bazarına ciddi təsir göstərir. Dünya enerji daşımalarının əhəmiyyətli hissəsi bu marşrut üzərindən həyata keçirilir. Buna görə də ABŞ bölgədə sabitliyin bərpasında maraqlıdır.Tərəflər arasında əsas fikir ayrılığı Hörmüz boğazının gələcək statusu ilə bağlıdır.ABŞ boğazın əvvəlki vəziyyətinə qaytarılmasını istəyir. İran isə mövcud vəziyyəti öz mövqeyini gücləndirmək üçün fürsət kimi qiymətləndirir və danışıqlar masasında bunun qəbul etdirilməsinə çalışır. Tehran hərbi ritorikanı sərtləşdirməklə həm də qarşı tərəfə mesaj verir ki, onun şərtləri nəzərə alınmasa, gərginlik yenidən arta bilər. Bu baxımdan Qalibafın bəyanatı daha çox siyasi və diplomatik mesaj xarakteri daşıyır”.

Ayşə Müzəfərli

#gündəm #məsələsi #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər